ŞQTP Təqaüd Proqramı
Bir dəfəlik 800 ABŞ Dolları məbləğinə qədər təqaüd qazan!
Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP) Azərbaycandan olan az təminatlı və təhsilə çıxışı məhdud olan qızların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb. Əgər müraciət edib, seçim prosesini müvəffəqiyyətlə başa vursanız, bir akademik il müddətində universitet ödənişləri (800 ABŞ Dollarına qədər) ŞQTP tərəfindən qarşılanacaq.
Bu səhifədə siz müraciət üçün tələblər və ümumilikdə proses haqqında bəzi məlumatları tapa bilərsiniz. Proqramın özü haqqında daha ətraflı məlumatı, ŞQTP haqqında səhifəsində tapa bilərsiniz.
ŞQTP 2024 Ərizə Qəbulu açıqdır!
Bir dəfəlik 800 ABŞ Dolları məbləğinə qədər təqaüd qazanmaq istəyirsən?Son müraciət tarixi: 9 İyun, 2024
Uyğunluq tələbləri
Mənsubiyyət
Azərbaycan vətəndaşı və ya azərbaycanlı olmaq;
Səciyyə
Məhdud imkanlı və ya aztəminatlı ailədən olan qız olmaq (məs., Qarabağ müharibəsindən zərər çəkmiş ailələr, az gəlirli ailələr, tək-valideynli ailələr, ucqar ərazilərin sakinləri, sağlamlıq imkanları məhdud olan və s.);
Ehtiyac
Azərbaycanda hər hansı bir təhsil müəssisəsində abituriyent və ya tələbə olmaq; ali təhsil və ya orta ixtisas təhsili səviyyəsində xərclərin qarşılanması üçün ehtiyacın olması.
Qeyd: Hal-hazırda yuxarı sinifdə oxuyan abituriyent şagirdlər də təqaüd proqramına müraciət edə bilərlər.
Seçim prosesi
ŞQTP təqaüdçüləri Layihə Qrupunun da daxil olduğu və ianə kampaniyası nəticəsində yaradılmış komitə tərəfindən seçiləcəklər. Seçim prosesi üç mərhələlidir:
1) Ərizə formalarının qəbulu və ərizələrə ilkin baxış;
2) İanəçilər tərəfindən ərizələrin qiymətləndirilməsi;
3) Üz-üzə və ya telefon müsahibələri.
Seçimlərdən sonra təyin olunan $700 məbləğində təqaüd qalib təqaüdçünün təhsil xərclərinin qarşılanması (birbaşa təhsil müəssisəsinə ödənilməklə) istiqamətində istifadə olunacaq.
Qızların təhsil imkanlarını genişləndirməklə, biz, Şəhla müəllimənin öz tələbələri üçün etdiyi şəkildə gələcək karyeralara, maliyyə stabilliyinə yol açmış olacağıq.
Tez-tez verilən suallar
1. ŞQTP nədir?
Mərhum Dr. Şəhla Qarayevanın (1962-2018) adını daşıyan Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP) ianə kampaniyasıdır. Şəhla müəllimənin xatirəsini əbədiləşdirməklə yanaşı, proqram Azərbaycandan olan az imkanlı və təhsilə çıxışı məhdud olan qadınların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb.
2. Proqram nəyə görə Şəhla Qarayevanın adını daşıyır?
Aşağı Seyidəhmədli kəndi, Füzulidə doğulan Dr. Şəhla Qarayeva kənd məktəbində müəllim olaraq başlayan karyerasını Bakı Dövlət Universitetində ingilis dili və amerikan ədəbiyyatı professoru olaraq başa vurub. Bu yolla yüzlərlə tələbə və şagirdinin uğurlu karyera qurmasına və şəxsiyyət kimi formalaşmasına kömək edib.
3. ŞQTP necə maliyyələşdirilir?
ŞQTP tamamilə ianələr əsasında maliyyələşir. İanə kampaniyası nəticəsində toplanılan məbləğ təqaüdçülərin təhsil haqqları, bank köçürmələri və digər əlaqədar xərclərin qarşılanmasına yönləndirilir.
4. ŞQTP təqaüdləri kimlərə verilir?
ŞQTP ehtiyac əsaslı təqaüd proqramıdır. Azərbaycanda akkreditə olmuş ali təhsil müəssisələrində təhsil almağı planlayan/təhsil alan və təhsil haqqını qarşılamaqda maddi köməyə ehtiyacı olan qadın tələbələr proqrama müraciət edə bilərlər.
5. Təqaüdçülərin seçimi necə aparılır?
- tamamlanmış ərizə müraciət forması;
- ianəçilər tərəfindən ərizələrə baxış;
- müsahibələr (telefon/Skype/üzbəüz)
6. Təqaüd məbləği təqaüdçülərə necə köçürülür?
Təqaüdlər birbaşa olaraq təqaüdçünün ali təhsil müəssisəsinə köçürülür. ŞQTP olaraq biz təqaüdçülərə nağd şəkildə təqaüdlər köçürmürük.
7. ŞQTP şəffaflığı necə təmin edir?
8. Maliyyə yardımından başqa ŞQTP nə vəd edir?
Təqaüdlərlə yanaşı, bu il biz, əməkdaş təşkilatlarla ilə birgə ŞQTP təqaüdçülərinə gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi ilə bağlı təlimlər keçirəcəyik. Həmçinin hər bir təqaüdçü ilə fərdi şəkildə işləyən bir qrup mentor vasitəsilə təqaüdçülərə karyera planlamasında yardım edirik.
9. Dəstəkləmək / Müraciət etmək istəyənlər ŞQTP ilə necə əlaqə qura bilərlər?
Xahiş edirik ki, bizim e-mail ünvanına (mail@sgsp.info) ismarıc yollayın. Siz həmçinin bizim Facebook, Twitter və Instagram-da mövcud olan sosial media hesablarımız vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Sualın var?
Bizimlə əlaqə saxla!