ŞQTP Təqaüd Proqramı
Bir dəfəlik 800 ABŞ Dolları məbləğinə qədər təqaüd qazan!
Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP) Azərbaycandan olan az təminatlı və təhsilə çıxışı məhdud olan qızların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb. Əgər müraciət edib, seçim prosesini müvəffəqiyyətlə başa vursanız, bir akademik il müddətində universitet ödənişləri (800 ABŞ Dollarına qədər) ŞQTP tərəfindən qarşılanacaq.
Bu səhifədə siz müraciət üçün tələblər və ümumilikdə proses haqqında bəzi məlumatları tapa bilərsiniz. Proqramın özü haqqında daha ətraflı məlumatı, ŞQTP haqqında səhifəsində tapa bilərsiniz.
ŞQTP 2026 Ərizə Qəbulu hələ başlamayıb.
Vaxtında məlumatlanmaq üçün bizi izləyin.
Uyğunluq tələbləri
Azərbaycan vətəndaşı və ya azərbaycanlı olmaq
#mənsubiyyət
Aztəminatlı ailədən olan qız olmaq
(Qarabağ müharibəsindən zərər çəkmiş ailələr, az gəlirli ailələr, tək-valideynli ailələr, ucqar ərazilərin sakinləri, sağlamlıq imkanları məhdud olan və s.);
#səciyyə
Azərbaycanda abituriyent və ya tələbə olmaq
ali təhsil və ya orta ixtisas təhsili səviyyəsində xərclərin qarşılanması üçün ehtiyacın olması.
Qeyd: Hal-hazırda yuxarı sinifdə oxuyan abituriyent şagirdlər də təqaüd proqramına müraciət edə bilərlər.
Seçim prosesi
ŞQTP təqaüdçüləri Layihə Qrupunun da daxil olduğu və ianə kampaniyası nəticəsində yaradılmış komitə tərəfindən seçiləcəklər. Seçim prosesi üç mərhələlidir:
Ərizə formalarının qəbulu və ərizələrə ilkin baxış
İanəçilər tərəfindən ərizələrin qiymətləndirilməsi
Üz-üzə və ya telefon müsahibələri
Seçimlərdən sonra təyin olunan $800 məbləğinə qədər təqaüd qalib təqaüdçünün təhsil xərclərinin qarşılanması (birbaşa təhsil müəssisəsinə ödənilməklə) istiqamətində istifadə olunacaq.
Tez-tez verilən suallar
1. tamamlanmış ərizə müraciət forması;
2. ianəçilər tərəfindən ərizələrə baxış;
3. müsahibələr (telefon/Skype/üzbəüz)