ŞQTP Haqqında

Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP) Azərbaycandan olan az təminatlı və təhsilə çıxışı məhdud olan qızların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb. Azərbaycanda qızların təhsili ilə bağlı kifayət qədər irəliləmiş hüquqi bazanın olmasına baxmayaraq, qızların təhsilə çıxışında maneələr mövcuddur. BMT İnkişaf Proqramının (2007) hesabatına əsasən, gender stereotipləri, erkən nigah eləcə də qızların cəmiyyətin aparıcı vəzifələrində az təmsil olunması bu maneələrdən sadəcə bir neçə nümunəsidir. Azərbaycanda təhsil imkanlarına gəldikdə, maliyyə çətinlikləri nə qədər ümumi bir problem olsa da, qızlar daha çox fiziki və verbal təzyiqə, eləcə də gender stereotipləri səbəbindən erkən nigahlara məruz qala bilərlər.

ŞQTP həyatını təhsilə həsr etmiş, məşhur pedaqoq və təbələrinin dostu olan Dr. Şəhla Qarayevanın (1962-2018) adını daşıyır. Şəhla müəllimə 2018-ci ilin aprel ayında xərçənglə uzun mübarizədən sonra öz həyatını itirdi. Bu proqram vasitəsilə onun tələbələri, yaxınları, eləcə də Şəhla müəlliməni uzaqdan-yaxından tanımış hər bir şəxs onun əziz xatirəsini yad edir və Azərbaycanda güclü qadınlardan ibarət gələcək nəslinin yetişdirilməsinə kömək edir. ŞQTP nəticəsində toplanılan məbləğ təhsil xərclərinin qarşılanması məqsədilə açıq müsabiqə yolu ilə seçilmiş altı nəfər qız namizədə təltif olunacaq.