ŞQTP Mentorluq Proqramı

Daha parlaq gələcək naminə qızların mentorlar vasitəsilə təlimləndirilməsi!

Mentorluq proqramı nədir?

Mentorluq proqramı, qadın təqaüdçülərə mütəxəssislərin təcrübələrindən yararlanmaq imkanı verməklə yanaşı, mentorlara Azərbaycanda qadınların təhsilinə töhfə vermək imkanı yaradır. Mentorluq dəyərlərin və şəxsi məqsədlərin qarşılıqlı şəkildə dəstəkləndiyi və hörmət edildiyi mübadilə formasıdır. Mentorluq Proqramının iştirakçılarının, yəni həm mentor, həm də tələbənin həyatının, dünya görüşünün zənginləşməsinə səbəb olur. Müvəffəqiyyətli mentorluq proqramı maneələrin qarşısını almağa kömək edir və uğur qazanmaq üçün imkanlar yaradır.

Məqsəd

Tələbələri akademik həyat və ideyalarında, karyera hədəf və planlarını təyin etməkdə və müvafiq təhsil və bacarıqların inkişafında dəstəkləyəcək Mentorluq Proqramı ilə təmin etmək.

Proqram qaydaları

Mentor, təcrübəsinə dayanaraq tələbənin karyera hədəflərinin təyin edilməsində eləcə də akademik və peşəkar bacarıqlarının inkişaf etdirilməsində sistemli formada dəstək olur. Tələbə məsuliyyət götürərək, şəxsi inkişaf planını öyrənmək və irəlilətmək istiqamətində öz istedad və bacarıqlarını təmin edir. Mentorların tələbələrə əlavə maliyyə dəstəyi verməsi ciddi şəkildə qadağan olunur.

Mentorluq tələbləri və seçim prosesi

Mentorların qəbul edilməsi meyarları:

Yazılı ərİzə forması

BİR TƏDRİS İLİ ÜÇÜN ÖHDƏLİK

MİNİMUM ÜÇ GÖRÜŞ
Mentorluq proqramı zamanı

Üz-üzə müsahİbə

Təlim

Mentorlar, mədəni baxımdan uyğun dil və vasitələrdən istifadə etməklə effektiv mentor olmaq üçün zəruri bilik və qaydalar haqqında öncədən məlumatlandırılacaqlar.

Uyğunluq

ŞQTP Layihə Komandası uyğun cütlükləri (tələbə və mentor) müəyyən edərkən mentor və tələbənin özkeçmişini, peşə və xasiyyətlərini nəzərə alır və daha sonra tələbələrin profillərini mentorlara təqdim edir.

Fəaliyyətlər

Karyera və təhsil hədəflərini müzakirə etmək, bu hədəflərə çatmaq üçün fəaliyyət planı yaratmaq, planın müvəffəqiyyətini qiymətləndirmək üçün təlimatlar yaratmaq və tələbələrlə müntəzəm əlaqə saxlamaq (şəxsən görüşərək, e-poçt və ya telefon vasitəsilə).

Mentor olmaq istəyirsən?

Mentor olmaq istəyirsən?

Müraciət etməzdən əvvəl mentorluq tələblərini və seçim prosesi haqqında məlumatı bir daha yoxlayın.

Gözləntilər

Tələbə

Bütün ŞQTP təqaüd qalibləri mentorluq proqramında iştirak edə bilərlər.

 

  • Dürüst olmaq
  • Rəylərə açıq və hazır olmaq
  • Razılaşdırılmış vaxt müddətində tapşırıqları yerinə yetirmək
  • Sərbəst öyrənmək istiqamətində məsuliyyət götürmək
  • Mütəxəssis mövqeyinə hörmət etmək
  • Münasibət qurmaq alınmadığı halda mentoru məlumatlandırmaq
  • Inform mentor if something is not working out

Mentor

Zəngin peşə təcrübəsi və həvəsi olan şəxslər mentor olmaq üçün müraciət edə bilərlər.

  • Tələbəni yetkin fərd kimi qiymətləndirmək
  • Qarşılıqlı etimad və hörməti inkişaf etdirmək
  • Məxfiliyi qorumaq
  • Aktiv dinləyici eləcə də açıq və dürüst olmaq
  • Tələbənin probleminin həllinə kömək etmək
  • Tələbələrə özünü inkişaf və sərbəst öyrənməyi təşviq etmək