ŞQTP Təqaüd Proqramı
Təqaüdçülərimizlə tanış olun!
Təqaüdçülərin siyahısı
2018-ci ildən etibarən ŞQTP təhsilini davam etdirməsi üçün 165 qıza dəstək olmuşdur!
2025
Ləman Mehtiyeva
Mən, Ləman Mehtiyeva, Bakı Ali Neft Məktəbinin Kimya Mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Davamlı inkişaf, yaşıl enerji və ekoloji materiallar sahəsinə böyük marağım var. Təcrübəm ərzində istehsalat, proses optimallaşdırılması və idarəetmə sahələrində bilik və bacarıqlar qazandım, həmçinin tələbə klublarında və beynəlxalq layihələrdə fəal iştirak edərək liderlik və komanda bacarıqlarımı …
Mən, Ləman Mehtiyeva, Bakı Ali Neft Məktəbinin Kimya Mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Davamlı inkişaf, yaşıl enerji və ekoloji materiallar sahəsinə böyük marağım var. Təcrübəm ərzində istehsalat, proses optimallaşdırılması və idarəetmə sahələrində bilik və bacarıqlar qazandım, həmçinin tələbə klublarında və beynəlxalq layihələrdə fəal iştirak edərək liderlik və komanda bacarıqlarımı inkişaf etdirdim. Gələcəkdə magistratura təhsilimi biotexnologiya sahəsində davam etdirib, ekoloji dayanıqlı həllər və innovativ biotexnoloji tətbiqlər üzrə ixtisaslaşmaq istəyirəm. Məqsədim suyun təmizlənməsi, tullantıların idarə olunması və yaşıl enerji kimi qlobal problemlərə biotexnoloji yanaşmalar gətirməkdir. Uzunmüddətli planım isə Azərbaycanda biotexnologiya və davamlı inkişaf sahəsində mütəxəssis kimi fəaliyyət göstərmək və innovativ layihələr həyata keçirməkdir.
Zərifə Dadaşlı
Mən Zərifə Dadaşlı, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Korreksiyaedici Təlim ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Ixtisasımla bağlı nəzəri biliklərimi artırmaqla yanaşı, praktiki bacarıqlarımı da inkişaf etdirməyə çalışıram. Bu məqsədlə Qüsursuz Nitq Psixologiya Mərkəzində könüllü kimi fəaliyyət göstərirəm və burada sağlamlıq imkanları məhdud uşaqlarla təmənnasız çalışıram. Eyni zamanda müxtəlif təlim və …
Mən Zərifə Dadaşlı, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Korreksiyaedici Təlim ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Ixtisasımla bağlı nəzəri biliklərimi artırmaqla yanaşı, praktiki bacarıqlarımı da inkişaf etdirməyə çalışıram. Bu məqsədlə Qüsursuz Nitq Psixologiya Mərkəzində könüllü kimi fəaliyyət göstərirəm və burada sağlamlıq imkanları məhdud uşaqlarla təmənnasız çalışıram. Eyni zamanda müxtəlif təlim və seminarlarla öz bilik və bacarıqlarımı genişləndirirəm. Gələcək hədəfim sevdiyim sahədə peşəkar mütəxəssis olmaq, həm özümü inkişaf etdirmək, həm də cəmiyyətə faydalı bir insan kimi fəaliyyət göstərməkdir. Təhsil mənim üçün çox önəmlidir. Ailəmizdə və qohumlarımız arasında təhsil almış qadın olmayıb, buna baxmayaraq mən özümü doğrultdum və anam və ailədə ilk təhsilli qadın oldum. Bununla kifayətlənməyəcəyəm; gələcəkdə xaricə çıxmaq, universiteti bitirdikdən sonra magistr təhsili almaq və ixtisasım üzrə biliklərimi daha da artırmaq planlarım var. Qarşıma çıxan çətinliklərdən qorxmuram, çünki məqsədlərimə çatmaq üçün əzmlə çalışıram. Mənim üçün ən böyük güc mənbəyi sevdiyim ixtisasda təhsil almaqdır. Uşaqlarla işləmək, onlara faydalı olmaq və üzlərində kiçik də olsa bir təbəssüm yaratmaq mənə böyük xoşbəxtlik verir.
Samirə Zahirova
Mən Samirə Zahirova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisasında ödənişli əsaslarla təhsil alıram. Hal-hazırda 4-cü kurs tələbəsiyəm. Ailəmin təhsil haqqımı ödəməyə imkanı olmadığı üçün həm oxuyur, həm də işləyirdim və hazırda ixtisasım üzrə onlayn şəkildə fəaliyyət göstərirəm. Eyni zamanda müxtəlif könüllülük proqramlarında da iştirak etmişəm. Gələcəkdə məqsədim təhsilimi …
Mən Samirə Zahirova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisasında ödənişli əsaslarla təhsil alıram. Hal-hazırda 4-cü kurs tələbəsiyəm. Ailəmin təhsil haqqımı ödəməyə imkanı olmadığı üçün həm oxuyur, həm də işləyirdim və hazırda ixtisasım üzrə onlayn şəkildə fəaliyyət göstərirəm. Eyni zamanda müxtəlif könüllülük proqramlarında da iştirak etmişəm. Gələcəkdə məqsədim təhsilimi uğurla başa vuraraq savadlı və peşəkar müəllim olmaqdır. İşimdə peşəkar olduğum halda ehtiyacı olan hər kəsə təhsil almaqda dəstək ola biləcəyimə inanıra
Minayə Həsənova
Mən Minayə Həsənova, 2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuşam. Gələcəklə bağlı qarşıma qoyduğum hədəflər çoxdur və bu hədəflərə çatmağımda Şəhla Qarayeva Təqaüd Proqramının böyük rolu var. Bu təqaüdün mənim kimi gənc qızların təhsil yolunda irəliləməsinə verdiyi dəstək həm sevindirici, həm …
Mən Minayə Həsənova, 2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuşam. Gələcəklə bağlı qarşıma qoyduğum hədəflər çoxdur və bu hədəflərə çatmağımda Şəhla Qarayeva Təqaüd Proqramının böyük rolu var. Bu təqaüdün mənim kimi gənc qızların təhsil yolunda irəliləməsinə verdiyi dəstək həm sevindirici, həm də qürurvericidir. İxtisasımı böyük həvəslə seçmişəm və gələcəkdə peşəkar, savadlı və vətənə layiqli bir müəllim kimi fəaliyyət göstərməyi qarşıma məqsəd qoymuşam. Təhsilimi başa vurduqdan sonra magistratura təhsili almaq, sahəm üzrə bilik və bacarıqlarımı daha da artırmaq istəyirəm. Bunun üçün daim öz üzərimdə çalışır, yeni biliklər əldə etməyə səy göstərirəm. ŞQTP-nın göstərdiyi dəstək mənim üçün əvəzsizdir. Bu imkan sayəsində təhsilimi daha inamla davam etdirir və gələcəkdə ölkəm üçün savadlı kadrların yetişməsinə töhfə vermək məqsədimə bir addım da yaxınlaşıram.
Səbuhə Həsənzadə
Mən Səbuhə Həsənzadə, orta təhsilimi Tərtər rayonunun S. Zeynalov adına məktəbində bitirmiş, 2019-cu ildə Gəncə Dövlət Regional Kollecinin Rabitə Qovşaqları və Kommunikasiya Sistemləri ixtisasına qəbul olmuşam. 2021–2022-ci illərdə ASAN Xidmət Mərkəzində könüllü fəaliyyət göstərmiş və müxtəlif təlimlərdə sertifikat almışam. 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Elektrik və Elektronika Mühəndisliyi” ixtisasına …
Mən Səbuhə Həsənzadə, orta təhsilimi Tərtər rayonunun S. Zeynalov adına məktəbində bitirmiş, 2019-cu ildə Gəncə Dövlət Regional Kollecinin Rabitə Qovşaqları və Kommunikasiya Sistemləri ixtisasına qəbul olmuşam. 2021–2022-ci illərdə ASAN Xidmət Mərkəzində könüllü fəaliyyət göstərmiş və müxtəlif təlimlərdə sertifikat almışam. 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Elektrik və Elektronika Mühəndisliyi” ixtisasına qəbul olmuşam. Həmin ildən etibarən həm təhsilimi davam etdirir, həm də iş təcrübəmi artırıram. 2023-cü ildə “Zəfəroğlu Elektrik” şirkətində operator olaraq çalışmışam və hazırda “Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər Təhsil Sektorunda” fəaliyyət göstərirəm. Məqsədim mühəndislik sahəsində bacarıqlı və nümunəvi mütəxəssis olmaq, texniki sahədə qadınların uğurunu göstərmək və gənclərə, xüsusilə kənd yerlərindən çıxanlara ilham verməkdir. Gələcəkdə maarifləndirici layihələrdə iştirak etmək, gənclərlə işləmək və texniki sahəyə marağı artırmaq əsas hədəflərimdəndir.
Aysun Kərimova
Mən Aysun Kərimova, Şamaxı şəhərində anadan olmuşam və orada yaşayıram. 2024-cü ildə Şamaxı şəhər 10 saylı tam orta məktəbi bitirmişəm. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının 2-ci kurs tələbəsiyəm. ŞQTP layihəsi ilə sosial şəbəkədə tanış olub qeydiyyatdan keçdim və hər iki mərhələni uğurla başa …
Mən Aysun Kərimova, Şamaxı şəhərində anadan olmuşam və orada yaşayıram. 2024-cü ildə Şamaxı şəhər 10 saylı tam orta məktəbi bitirmişəm. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının 2-ci kurs tələbəsiyəm. ŞQTP layihəsi ilə sosial şəbəkədə tanış olub qeydiyyatdan keçdim və hər iki mərhələni uğurla başa vurdum; bu imkan üçün ŞQTP ailəsinə dərin minnətdarlığımı bildirirəm. Gələcəkdə ixtisasım üzrə bir sahədə çalışaraq öz ayaqlarımın üzərində durmaq və imkanım daxilində tələbələrə təhsil həyatında dəstək olmaq əsas məqsədimdir. Təhsil qadın üçün çox vacibdir və belə bir proqram vasitəsilə biz gənc qızlara dəstək olduğunuz üçün ŞQTP kollektivinə təşəkkür edirəm.
Mehmanə Məmmədova
Mən Mehmanə Məmmədova, Azərbaycan Texnologiya Universitetinin 2-ci kurs tələbəsiyəm. Uşaq vaxtından arzum ali təhsil almaq, universiteti uğurla başa vurmaq və dövlətimiz üçün faydalı bir şəxsiyyət kimi formalaşmaq olub. İxtisasımı sevirəm və inşallah gələcəkdə tanınmış bir iqtisadçı olacağam. Təhsil uğrunda bütün çətinliklərə dəyər və mən də gələcəkdə oxuyan digər uşaqlara dəstək …
Mən Mehmanə Məmmədova, Azərbaycan Texnologiya Universitetinin 2-ci kurs tələbəsiyəm. Uşaq vaxtından arzum ali təhsil almaq, universiteti uğurla başa vurmaq və dövlətimiz üçün faydalı bir şəxsiyyət kimi formalaşmaq olub. İxtisasımı sevirəm və inşallah gələcəkdə tanınmış bir iqtisadçı olacağam. Təhsil uğrunda bütün çətinliklərə dəyər və mən də gələcəkdə oxuyan digər uşaqlara dəstək olmağı planlaşdırıram. Sizə dəstəyiniz və köməyiniz üçün minnətdaram.
Fidan Mikayılova
Mən Fidan Mikayılova, Xaçmaz rayonunda yaşayıram və 2023-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Məktəbəqədər Təhsil ixtisası üzrə təhsil alıram. Hal-hazırda 3-cü kurs tələbəsiyəm və təhsil müddətim ərzində müxtəlif könüllülük proqramlarında fəal iştirak edərək bilik və bacarıqlarımı artırmışam. Şəhla Qarayeva Təqaüdü mənim üçün yalnız maddi dəstək deyil, həm də …
Mən Fidan Mikayılova, Xaçmaz rayonunda yaşayıram və 2023-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Məktəbəqədər Təhsil ixtisası üzrə təhsil alıram. Hal-hazırda 3-cü kurs tələbəsiyəm və təhsil müddətim ərzində müxtəlif könüllülük proqramlarında fəal iştirak edərək bilik və bacarıqlarımı artırmışam. Şəhla Qarayeva Təqaüdü mənim üçün yalnız maddi dəstək deyil, həm də akademik və peşəkar inkişafım üçün böyük bir motivasiyadır. Təqaüd sayəsində təhsilimi daha səmərəli davam etdirəcək və gələcəkdə Məktəbəqədər Təhsil sahəsində peşəkar mütəxəssis olaraq uşaqların inkişafına töhfə verəcəyəm. Planım sahədə dərin ixtisaslaşmaq, xaricdə təhsil alaraq qlobal təcrübələri öyrənmək və Azərbaycan təhsilinə yeniliklər gətirməkdir. Eyni zamanda karyeramda elmi araşdırmalar aparmaq, gənc müəllimlərə yol göstərmək və uşaqlar üçün yeni tədris metodları yaratmaq istəyirəm. Bu təqaüd mənim hədəflərimə doğru ən böyük dəstəkdir
Rəqsanə Əzizova
Mən, Rəqsanə Əzizova, 2023-cü ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən Niyazi Aslanov adına tam orta məktəbi əla qiymətlərlə bitirmişəm. Hal-hazırda Mingəçevir Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alıram və 3-cü kurs tələbəsiyəm. Atamı itirmişəm, ailəm dörd nəfərdən ibarətdir: anam, iki qardaşım və mən. Universiteti bitirdikdən sonra …
Mən, Rəqsanə Əzizova, 2023-cü ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən Niyazi Aslanov adına tam orta məktəbi əla qiymətlərlə bitirmişəm. Hal-hazırda Mingəçevir Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alıram və 3-cü kurs tələbəsiyəm. Atamı itirmişəm, ailəm dörd nəfərdən ibarətdir: anam, iki qardaşım və mən. Universiteti bitirdikdən sonra da daim öz üzərimdə çalışaraq bilik və bacarıqlarımı inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Gələcəkdə magistratura təhsili almaq, imkanlar daxilində isə doktorantura səviyyəsinə qədər yüksəlmək istəyirəm. Əsas hədəfim ixtisasım üzrə peşəkar mütəxəssis kimi formalaşaraq dövlətimiz üçün savadlı, intellektual və bilikli gənclərin yetişməsinə töhfə verməkdir.
Xədicə Nəsrullayeva
Mən, Xədicə Nəsrullayeva, Quba rayonu II Nügədi kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına ödənişli əsaslarla qəbul olmuşam və hazırda II kurs tələbəsiyəm. Təqaüd proqramı sayəsində təhsilimi daha rahat davam etdirmək və dərslərimə tam diqqət ayırmaq imkanı əldə etmişəm. …
Mən, Xədicə Nəsrullayeva, Quba rayonu II Nügədi kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına ödənişli əsaslarla qəbul olmuşam və hazırda II kurs tələbəsiyəm. Təqaüd proqramı sayəsində təhsilimi daha rahat davam etdirmək və dərslərimə tam diqqət ayırmaq imkanı əldə etmişəm. Əsas məqsədim təhsil aldığım ixtisası uğurla başa vuraraq müəllimlik peşəsinə yiyələnməkdir. Gələcəkdə məktəbdə müəllim kimi çalışaraq şagirdlərə Azərbaycan dili və ədəbiyyatını sevdirmək, onlarda ana dilimizə və milli dəyərlərimizə maraq formalaşdırmaq istəyirəm. Hədəfim savadlı, vətənpərvər gənclər yetişdirmək və öz bilik-bacarıqlarımla gələcək nəsillərə faydalı olmaqdır. Bu məqsədlə daim öz üzərimdə işləməyi və biliklərimi artırmağı qarşıma məqsəd qoymuşam.
Aysu Məmmədova
Mən, Aysu Məmmədova, ictimai fəal gəncəm və 14 yaşımdan etibarən ictimai fəaliyyətlə məşğul oluram. Bu müddət ərzində bir çox layihə və proqramlarda könüllü, komanda rəhbəri (team leader), koordinator və layihə rəhbəri kimi fəaliyyət göstərmişəm. Eyni zamanda cüdo idman növü ilə məşğul olmuş, müxtəlif yarışlarda uğurlu nəticələr əldə etmişəm. TEKNOFEST Azərbaycan …
Mən, Aysu Məmmədova, ictimai fəal gəncəm və 14 yaşımdan etibarən ictimai fəaliyyətlə məşğul oluram. Bu müddət ərzində bir çox layihə və proqramlarda könüllü, komanda rəhbəri (team leader), koordinator və layihə rəhbəri kimi fəaliyyət göstərmişəm. Eyni zamanda cüdo idman növü ilə məşğul olmuş, müxtəlif yarışlarda uğurlu nəticələr əldə etmişəm. TEKNOFEST Azərbaycan finalçısı olmuş, həmçinin Formula 1 və digər beynəlxalq tədbirlərdə fəal iştirak etmişəm. Hazırda Bakı Avrasiya Universitetində Maliyyə ixtisası üzrə təhsil alıram və mənə bu imkanı yaratdıqları üçün təşəkkürümü bildirirəm. Gələcək planlarım aydındır: uşaqlıq illərimdən idman və ictimai fəaliyyətlə formalaşdığım üçün bu sahələrdə yenidən aktiv şəkildə çalışmağı, eyni zamanda ixtisasım üzrə yeniliklər edərək dəyər yaradan təşəbbüslərə imza atmağı hədəfləyirəm. İnanıram ki, əldə etdiyim bilik və təcrübə ilə həm idman, həm də ictimai sektorda faydalı layihələr həyata keçirə bilərəm.
Nurudə Əkbərova
Mən, Nuridə Əkbərova, Bakı şəhərində 55 nömrəli tam orta məktəbi bitirmişəm. Ailəliyəm və üç övlad anasıyam. Təhsilə olan marağımı və inkişaf etmək istəyimi davam etdirərək 2021-ci ildə Şuşa Humanitar Kollecinə qəbul olmuş, 2023-cü ildə həmin təhsil ocağını bitirmişəm. Elə həmin il Odlar Yurdu Universitetinin Məktəbəqədər təhsil ixtisasına qəbul olunmuşam və …
Mən, Nuridə Əkbərova, Bakı şəhərində 55 nömrəli tam orta məktəbi bitirmişəm. Ailəliyəm və üç övlad anasıyam. Təhsilə olan marağımı və inkişaf etmək istəyimi davam etdirərək 2021-ci ildə Şuşa Humanitar Kollecinə qəbul olmuş, 2023-cü ildə həmin təhsil ocağını bitirmişəm. Elə həmin il Odlar Yurdu Universitetinin Məktəbəqədər təhsil ixtisasına qəbul olunmuşam və hazırda III kurs tələbəsiyəm. Eyni zamanda, 2023-cü ildə MiQ imtahanı vasitəsilə dövlət bağçalarından birində tərbiyəçi-müəllim vəzifəsinə qəbul olunmuşam və hazırda həm işləyir, həm də təhsilimi davam etdirirəm. Müəllim və ana olaraq gələcək planlarımın mərkəzində sağlamlıq imkanları məhdud uşaqlara dəstək dayanır. Ən böyük arzum bu uşaqlar üçün xüsusi bir təhsil və inkişaf mərkəzi yaratmaq, onlara bilik və bacarıqlar qazandıraraq cəmiyyətə uğurla inteqrasiya olunmalarına töhfə verməkdir. Bu yolda mənə göstərilən dəstəyə görə sizə və komandanıza dərin minnətdarlığımı bildirirəm.
Xədicə Şəkərova
Mən Xədicə Şəkərova, Sumqayıt Dövlət Universitetində Korreksiyaedici Təlim ixtisası üzrə təhsil alıram. Hər zaman ümidin və işığın gücünə inanmışam. Həyat mənə bəziləri üçün qısa, amma mənə dərs verməyə yetəcək qədər çətin yollar göstərdi. Öyrəndiyim ən böyük dərs isə inam olub — nə olursa olsun, inamımı və ümidimi itirməməkdə inadçı olmuşam. …
Mən Xədicə Şəkərova, Sumqayıt Dövlət Universitetində Korreksiyaedici Təlim ixtisası üzrə təhsil alıram. Hər zaman ümidin və işığın gücünə inanmışam. Həyat mənə bəziləri üçün qısa, amma mənə dərs verməyə yetəcək qədər çətin yollar göstərdi. Öyrəndiyim ən böyük dərs isə inam olub — nə olursa olsun, inamımı və ümidimi itirməməkdə inadçı olmuşam. Çox zaman insanlar ümid etməyin və xəyal qurmağın sehrini unudurlar, mən isə bu sehri həyatımda saxlayaraq içimdəki ümid məşəlini alovlandırmışam. Şəhla Qarayeva Təqaüd Proqramı isə mənə göstərdi ki, ümid etmək heç vaxt mənasız deyil. Bu proqram sayəsində yalnız məqsədimi dəqiq müəyyən etmədim, eyni zamanda “bacaracağam” cəsarətini də qazandım. Burada iştirakım mənə yalnız maddi deyil, həm də mənəvi dəstək və inam verdi. Gələcək planım ixtisasım üzrə tam peşəkar olduqdan sonra reabilitasiya mərkəzi açmaqdır. Mərkəz qanun və ədalət prinsiplərinə uyğun fəaliyyət göstərəcək və hər ailənin gəlirini nəzərə alacaq. Hər filialda həftənin bir günü aztəminatlı uşaqlar üçün pulsuz reabilitasiya günü təşkil edəcəyəm. Bu yol uzun zaman ala bilər, amma mən dayanmayacağam. Ən böyük ilham mənbəyim anamdır; o, 2-ci qrup görmə əlilidir və uşaqlıqdan qarşılaşdığı çətinliklər təhsildən yayınmasına səbəb olub. Mən onun daxili gücünü nümunə götürərək heç bir uşağın təhsildən yayındırılmasına imkan verməyəcəyəm.
Südabə Rəhimli
Mən Südabə Rəhimli, Hacıqabul rayonu Qızılburun kəndində I. Məmmədov adına tam orta məktəbi bitirmişəm. Məktəb illərində esse yazı və nitq bacarığım sayəsində bir çox müsabiqə və yarışlarda iştirak edərək məktəbimi layiqincə təmsil etmişəm. Həmin dövrdə bəzi çətinliklər yaşadığım üçün heç bir əlavə hazırlığa gedə bilmədim. Bundan sonra Bakı Biznes və …
Mən Südabə Rəhimli, Hacıqabul rayonu Qızılburun kəndində I. Məmmədov adına tam orta məktəbi bitirmişəm. Məktəb illərində esse yazı və nitq bacarığım sayəsində bir çox müsabiqə və yarışlarda iştirak edərək məktəbimi layiqincə təmsil etmişəm. Həmin dövrdə bəzi çətinliklər yaşadığım üçün heç bir əlavə hazırlığa gedə bilmədim. Bundan sonra Bakı Biznes və Kooperasiya Kollecinin “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisasına qəbul oldum. Qəbul olduğum müəssisəni sevməsəm də, fəal tələbə kimi təhsilimi uğurla bitirdim. Bu təhsil mənim üçün həyatımda azadlığa və yeni həyata açılan qapının açarı oldu. Daha sonra Odlar Yurdu Universitetinə “İnformasiya təhlükəsizliyi” ixtisasına ödənişli əsaslarla qəbul oldum. Sevərək seçdiyim ixtisasın ailəm üçün maddi çətinlik yaradacağını düşündüyüm üçün bir an imtina etmək fikrim oldu, lakin ətrafımın “təhsilə qoyulan sərmayə itməz” sözləri məni bu yolda davam etməyə sövq etdi. Hazırda 2-ci kurs tələbəsiyəm və əzmkar şəkildə çalışıram. Gələcəkdə bir çox planlarım var. Bakalavr təhsilimi bitirdikdən sonra uğurlu bir iş qadını olmaq, yalnız şəxsi karyeramı qurmaq deyil, həm də ŞQTP və bu kimi layihələr vasitəsilə digər xanımlara və gənclərə yol açmaq istəyirəm. Bacarmalıyam, çünki yolumda qürurlandırmaq istədiyim, özünü fəda etmiş ağ saçlı bir qadın və ehtiyac duyduğum zaman dəstək olacağım bir nəsil var.
Aysel Məmmədova
Mən Aysel Məmmədova, Quba rayonu Qonaqkənd qəsəbəsində anadan olmuşam. İlk təhsilimi qəsəbəmizdə yerləşən A. Aslanov adına tam orta məktəbdə almışam. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tarix müəllimliyi ixtisasına ödənişli əsaslarla qəbul olmuşam və hazırda birinci kursu bitirmişəm. Müxtəlif təlim və seminarlarlarda iştirak edərək bilik və bacarıqlarımı artırmağa …
Mən Aysel Məmmədova, Quba rayonu Qonaqkənd qəsəbəsində anadan olmuşam. İlk təhsilimi qəsəbəmizdə yerləşən A. Aslanov adına tam orta məktəbdə almışam. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tarix müəllimliyi ixtisasına ödənişli əsaslarla qəbul olmuşam və hazırda birinci kursu bitirmişəm. Müxtəlif təlim və seminarlarlarda iştirak edərək bilik və bacarıqlarımı artırmağa çalışıram. Gələcəkdə məqsədim tarix elmi sahəsində özümü inkişaf etdirmək və məşhur bir tarixçi olmaqdır.
Gülnar Məmmədova
Mən Gülnar Məmmədova, Azərbaycan Texniki Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə təhsil alıram. Qarşıma çıxan çətinliklərə baxmayaraq təhsilimdən və inkişafımdan vaz keçməmişəm. Mənim üçün təhsil yalnız bilik mənbəyi deyil, həm də mübarizə və iradə yoludur. Gələcəkdə qazandığım bilik və bacarıqlarla həm ailəmə, həm də cəmiyyətə faydalı olmaq əsas məqsədimdir. Gələcək …
Mən Gülnar Məmmədova, Azərbaycan Texniki Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə təhsil alıram. Qarşıma çıxan çətinliklərə baxmayaraq təhsilimdən və inkişafımdan vaz keçməmişəm. Mənim üçün təhsil yalnız bilik mənbəyi deyil, həm də mübarizə və iradə yoludur. Gələcəkdə qazandığım bilik və bacarıqlarla həm ailəmə, həm də cəmiyyətə faydalı olmaq əsas məqsədimdir. Gələcək planlarımda özümü davamlı inkişaf etdirmək və yeni imkanlar yaratmaq əsas hədəfimdir. Mühasibatlıq kurslarında iştirak edərək bu sahədə biliklərimi artırmaq və peşəkar mühasib kimi fəaliyyət göstərmək istəyirəm. Eyni zamanda, uzun müddətdir ürəyimdə olan bir arzum var – təyyarə bələdçisi olmaq. Hər iki istiqamət mənim üçün yalnız karyera deyil, həm də öz gücümə inanmağın, əzmkarlığın və arzularımı gerçəkləşdirməyin simvoludur. Mən inanıram ki, əzmlə çalışmaqla qarşıma qoyduğum hədəflərə çatacaq və həm özüm, həm də ətrafım üçün dəyərli bir yol quracağam
Ləman Zeynalova
Mən Ləman Zeynalova, Azərbaycan Texniki Universitetinin 5-ci kurs tələbəsiyəm. Hal-hazırda “Bravo” mağazalar şəbəkəsində kiçik mütəxəssis kimi çalışıram və iş təcrübəmi həm şəxsi, həm də peşəkar inkişafım üçün dəyərləndirirəm. Gələcəkdə əsas məqsədim universitet təhsilimi uğurla başa vurmaq, bilik və bacarıqlarımı artırmaqdır. Bundan sonra dövlət qulluğuna hazırlaşaraq ölkəmə faydalı, savadlı və məsuliyyətli …
Mən Ləman Zeynalova, Azərbaycan Texniki Universitetinin 5-ci kurs tələbəsiyəm. Hal-hazırda “Bravo” mağazalar şəbəkəsində kiçik mütəxəssis kimi çalışıram və iş təcrübəmi həm şəxsi, həm də peşəkar inkişafım üçün dəyərləndirirəm. Gələcəkdə əsas məqsədim universitet təhsilimi uğurla başa vurmaq, bilik və bacarıqlarımı artırmaqdır. Bundan sonra dövlət qulluğuna hazırlaşaraq ölkəmə faydalı, savadlı və məsuliyyətli bir vətəndaş kimi xidmət etmək istəyirəm.
Əfsanə Quliyeva
Mən Əfsanə Quliyeva, Sumqayıt şəhərində yaşayıram və hazırda Əziz Əliyev adına Tibb Kollecinin 3-cü kursu, Mamalıq bölməsində təhsil alıram. Belə bir layihə ilə tanış olduğuma və mənim kimi gec təhsil alan xanımları nəzərə alaraq qalib seçdiyinizə görə layihə komandası üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Bu layihə təhsilində çətinliklərlə üzləşən gənc və …
Mən Əfsanə Quliyeva, Sumqayıt şəhərində yaşayıram və hazırda Əziz Əliyev adına Tibb Kollecinin 3-cü kursu, Mamalıq bölməsində təhsil alıram. Belə bir layihə ilə tanış olduğuma və mənim kimi gec təhsil alan xanımları nəzərə alaraq qalib seçdiyinizə görə layihə komandası üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Bu layihə təhsilində çətinliklərlə üzləşən gənc və ya gec təhsil alan qadınlar üçün böyük dəstəkdir. Təhsilimi başa vurduqdan sonra Mamalıq və Ginekologiya sahəsində çalışaraq maksimum bilik və təcrübə əldə etmək istəyirəm. Gələcəkdə gənc qızların ana olmağa hazırlaşdığı dövrlərdə yanlarında olaraq onlara həm tibbi, həm də mənəvi dəstək vermək məqsədimdir. Arzum, dövlətimizə sağlam, xoşbəxt ana və uşaq bəxş etməkdir.
Xavər Hüseynzadə
Mən Xavər Hüseynzadə, Azərbaycan Texniki Universitetində Statistika ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Daha əvvəl Azərbaycan Maliyyə-İqtisad Kollecində Mühasibat uçotu üzrə subbakalavr təhsili almışam. Təhsilimin müxtəlif mərhələlərində nəzəri biliklərimi praktiki bacarıqlarla zənginləşdirmək üçün bir sıra kurs və təlimlərdə fəal iştirak etmişəm. 2025-ci ilin yaz ayında Dövlət Statistika Komitəsində statistik təcrübəçi kimi …
Mən Xavər Hüseynzadə, Azərbaycan Texniki Universitetində Statistika ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Daha əvvəl Azərbaycan Maliyyə-İqtisad Kollecində Mühasibat uçotu üzrə subbakalavr təhsili almışam. Təhsilimin müxtəlif mərhələlərində nəzəri biliklərimi praktiki bacarıqlarla zənginləşdirmək üçün bir sıra kurs və təlimlərdə fəal iştirak etmişəm. 2025-ci ilin yaz ayında Dövlət Statistika Komitəsində statistik təcrübəçi kimi fəaliyyət göstərərək real iş mühitində dəqiqlik, analiz etmə və hesabat hazırlama bacarıqlarımı daha da inkişaf etdirmişəm. Gələcək planım data analitika sahəsində ixtisaslaşmaq, dərin biliklər qazanmaq və bu sahədə peşəkar mütəxəssis kimi formalaşmaqdır. Mənim üçün bu sahə yalnız bir peşə deyil, həm də cəmiyyətə faydalı olmaq və elmi yanaşma ilə real problemlərə həll yolları tapmaq imkanıdır. Eyni zamanda, şəxsi inkişafım üçün yeni texnologiyaları öyrənmək, beynəlxalq sertifikat proqramlarında iştirak etmək və komandada effektiv işləmə bacarıqlarımı artırmaq əsas hədəflərimdəndir. Ən böyük arzum isə biliklərimi paylaşaraq gənclərə ilham vermək və onları müasir dünyada rəqabətədavamlı mütəxəssis kimi yetişdirməyə töhfə verməkdir.
Ləman Xalıqova
Mən Ləman Xalıqova, ailəmdə ilk bakalavr təhsili alan şəxslərdən biriyəm. Uşaqlıqdan təhsilə və dövlət sektorunda fəaliyyət göstərməyə böyük marağım olub, hər zaman öz üzərimdə işləyərək inkişaf etməyə çalışmışam. Ailəm də mənim oxumağım üçün imkanları daxilində daim dəstək olub. Hal-hazırda “Azərbaycan Universiteti”nin Humanitar Fənlər Fakültəsinin Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisasında 4-cü …
Mən Ləman Xalıqova, ailəmdə ilk bakalavr təhsili alan şəxslərdən biriyəm. Uşaqlıqdan təhsilə və dövlət sektorunda fəaliyyət göstərməyə böyük marağım olub, hər zaman öz üzərimdə işləyərək inkişaf etməyə çalışmışam. Ailəm də mənim oxumağım üçün imkanları daxilində daim dəstək olub. Hal-hazırda “Azərbaycan Universiteti”nin Humanitar Fənlər Fakültəsinin Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisasında 4-cü kurs tələbəsiyəm. İxtisasımı çox sevirəm və bunun üçün həvəslə çalışıram. Gələcək planlarım arasında ilk olaraq magistratura təhsili almaq və daha sonra ingilis və alman dillərini yüksək səviyyədə mənimsəmək yer alır. Hal-hazırda rəsmi dil kurslarına getməsəm də, evdə İngilis dili biliklərimi artırmaq üçün çalışıram. Eyni zamanda, sahəmdə peşəkar mütəxəssis olmaq və dövlət sektorunda çalışmaq ən böyük arzumdur. İnanıram ki, gələcəkdə karyeramı quraraq, mən də ŞQTP proqramına dəstək verən insanlardan biri olacağam və öz kimi gənc qızlara təhsil yolunda dəstək olmaq imkanım olacaq. Mənim məqsədim heç bir gəncin təhsili yarım qalmasın.
Məhin Balayeva
Mən Məhin Balayeva, 2022-ci ildə Ordubad rayon Bist kəndində yerləşən Nəsrəddin Tusi adına məktəbi bitirmişəm və Naxçıvan Dövlət Universitetinin “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisasına qiyabi şəkildə qəbul olmuşam. Gələcək planlarım çox genişdir. Ən öncə təhsilimi uğurla başa vuraraq ixtisasım üzrə fəaliyyət göstərmək, ailəmə dəstək olmaq və balaca bacımın təhsilinə …
Mən Məhin Balayeva, 2022-ci ildə Ordubad rayon Bist kəndində yerləşən Nəsrəddin Tusi adına məktəbi bitirmişəm və Naxçıvan Dövlət Universitetinin “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisasına qiyabi şəkildə qəbul olmuşam. Gələcək planlarım çox genişdir. Ən öncə təhsilimi uğurla başa vuraraq ixtisasım üzrə fəaliyyət göstərmək, ailəmə dəstək olmaq və balaca bacımın təhsilinə kömək etmək istəyirəm. Eyni zamanda, savadlı vətəndaşlar yetişdirərək təhsilin inkişafına töhfə vermək əsas məqsədlərimdəndir. Bu yolda daim çalışır, özümü inkişaf etdirir və bilik və bacarıqlarımı artırıram.
Aysun Nəsirova
Mən Aysun Nəsirova, Ucar rayonunun Təzə Şilyan kəndində böyümüş və orada tam orta məktəbi bitirmişəm. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil almış və kolleci fərqlənmə diplomu ilə başa vurmuşam. Hal-hazırda Mingəçevir Dövlət Universitetində ödənişli əsaslarla təhsilimi davam etdirirəm. Təhsil yolumda müəyyən çətinliklərlə üzləşsəm də, tələbə kreditindən istifadə …
Mən Aysun Nəsirova, Ucar rayonunun Təzə Şilyan kəndində böyümüş və orada tam orta məktəbi bitirmişəm. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil almış və kolleci fərqlənmə diplomu ilə başa vurmuşam. Hal-hazırda Mingəçevir Dövlət Universitetində ödənişli əsaslarla təhsilimi davam etdirirəm. Təhsil yolumda müəyyən çətinliklərlə üzləşsəm də, tələbə kreditindən istifadə edərək məqsədlərimə doğru addımlamışam. Bu proses mənə iradəli olmağı, mübarizə aparmağı və heç vaxt arzularımdan vaz keçməməyi öyrədib. ŞTQP təqaüdünə layiq görülməyim mənim üçün yalnız maddi dəstək deyil, eyni zamanda böyük bir motivasiya qaynağıdır. Mənim ən böyük arzum öz sahəmdə savadlı, peşəkar bir mütəxəssis kimi yetişmək və həm ailəmə, həm xalqıma, həm də vətənimə faydalı olmaqdır. Karyera baxımından qarşıma qoyduğum əsas məqsəd innovativ düşüncəyə malik, savadlı və məsuliyyətli mütəxəssis olmaqdır. Gələcəkdə gənclərin təhsilinə dəstək vermək, bilik və təcrübəmi paylaşmaq, həmçinin ölkəmizin inkişafına öz töhfəmi vermək istəyirəm. Mənim üçün prioritet yalnız şəxsi uğur qazanmaq deyil, əldə etdiyim bilik və bacarıqlarla başqalarının inkişafına da xidmət etməkdir. Bu məqsədlə könüllü və təcrübə fəaliyyətlərində fəal iştirak edirəm.
Mədinə Balıyeva
Mən Mədinə Balıyeva, 2022-ci ildə Mingəçevir Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasına ödənişli əsaslarla qəbul olmuşam. Biz ailədə üç uşağıq. Atam 2020-ci ildə iş qəzasında vəfat edib, anam isə işləmədiyi üçün bütün ailə yükünü üzərinə götürüb. Təhsil aldığım 3 il ərzində aralıqlı müddətlərdə part-time işləmişəm, lakin işləmək dərslərimə kifayət qədər vaxt …
Mən Mədinə Balıyeva, 2022-ci ildə Mingəçevir Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasına ödənişli əsaslarla qəbul olmuşam. Biz ailədə üç uşağıq. Atam 2020-ci ildə iş qəzasında vəfat edib, anam isə işləmədiyi üçün bütün ailə yükünü üzərinə götürüb. Təhsil aldığım 3 il ərzində aralıqlı müddətlərdə part-time işləmişəm, lakin işləmək dərslərimə kifayət qədər vaxt ayırmağı çətinləşdirirdi. Keçən il ŞQTP təqaüdünü qazanmağım mənə böyük dəstək oldu. Oxuduğum ixtisas Tarix müəllimliyidir və mən bu peşəni uşaq yaşlarımdan sevmişəm. Ana-babam tarix müəllimi olduğundan onun yolunu davam etdirmək istəyirəm. Həmçinin məktəb illərində tarix müəllimimi sevdiyim üçün bu peşəyə qarşı marağım daha da artmışdır. Məlumatıma görə, xüsusilə ucqar kəndlərdə və işğaldan azad olunmuş bölgələrdə tarix müəllimlərinə böyük ehtiyac var. Oxuyub ixtisasımı bitirdikdən sonra bu sahədə fəaliyyət göstərərək əsasən həmin məktəblərdə dərs keçmək istəyirəm.
Aysu Əhmədova
Mən Aysu Əhmədova, Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsində İngilis dili ixtisası üzrə təhsil alıram. Həmişə yeni biliklər öyrənməyə, gənclərin inkişafına və icma işlərinə maraq göstərmişəm. Müxtəlif layihələrdə iştirak edərək həm şəxsi bacarıqlarımı artırmış, həm də gənclərin maariflənməsinə töhfə vermişəm. Təhsil xərclərini qarşılamaq mənim üçün çətin idi və Şəhla Qarayeva …
Mən Aysu Əhmədova, Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsində İngilis dili ixtisası üzrə təhsil alıram. Həmişə yeni biliklər öyrənməyə, gənclərin inkişafına və icma işlərinə maraq göstərmişəm. Müxtəlif layihələrdə iştirak edərək həm şəxsi bacarıqlarımı artırmış, həm də gənclərin maariflənməsinə töhfə vermişəm. Təhsil xərclərini qarşılamaq mənim üçün çətin idi və Şəhla Qarayeva Təqaüdü mənim üçün həm maddi, həm də mənəvi böyük dəstək oldu. Bu imkan təhsilimi davam etdirmək və gələcəyə daha inamla baxmaq üçün mənə motivasiya verdi. Gələcəkdə magistratura təhsili almaq, ixtisasımı daha da dərinləşdirmək və biliklərimi praktik fəaliyyətimdə tətbiq etmək istəyirəm. Karyera planımda gənclərlə, icmalarla və beynəlxalq layihələrlə işləmək əsas məqsədimdir. Mənim hədəfim yalnız şəxsi karyera deyil, həm də cəmiyyətimizdə faydalı və dayanıqlı dəyişikliklərə töhfə verməkdir.
Dilbər Mustafayeva
Mən Dilbər Mustafayeva, məktəbi yaxşı qiymətlərlə bitirərək 2023-cü ildə ali məktəbə qəbul olmuşam. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial İş fakültəsində bakalavr səviyyəsində təhsil alıram və 3-cü kurs tələbəsiyəm. Təhsil aldığım müddətdə eyni zamanda işləyərək həm praktiki təcrübə qazanır, həm də gələcək karyeram üçün hazırlıq görürəm. Gələcək planlarım …
Mən Dilbər Mustafayeva, məktəbi yaxşı qiymətlərlə bitirərək 2023-cü ildə ali məktəbə qəbul olmuşam. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial İş fakültəsində bakalavr səviyyəsində təhsil alıram və 3-cü kurs tələbəsiyəm. Təhsil aldığım müddətdə eyni zamanda işləyərək həm praktiki təcrübə qazanır, həm də gələcək karyeram üçün hazırlıq görürəm. Gələcək planlarım arasında universiteti bitirdikdən sonra magistratura təhsili almaq, həm bakalavr, həm də magistr təhsilimi uğurla tamamladıqdan sonra ixtisasım üzrə peşəkar fəaliyyət göstərmək var. Məqsədim həm şəxsi bilik və bacarıqlarımı inkişaf etdirmək, həm də cəmiyyətə faydalı olmaqdır.
Zeynəb Nuruzadə
Mən Zeynəb Nuruzadə, Xəzər Universitetində Kompüter Mühəndisliyi ixtisası üzrə təhsil alıram. Hal-hazırda sahəm üzrə təcrübə proqramında iştirak edirəm və yaxın zamanda orada işləməyə başlayacağam. Tələbəlik dövründə bir çox kurs və proqramlarda iştirak edərək öz bilik və bacarıqlarımı inkişaf etdirməyə çalışmışam. Gələcək hədəfim süni intellekt sahəsində ixtisaslaşmaq, xaricdə təhsil alaraq ölkəmizin …
Mən Zeynəb Nuruzadə, Xəzər Universitetində Kompüter Mühəndisliyi ixtisası üzrə təhsil alıram. Hal-hazırda sahəm üzrə təcrübə proqramında iştirak edirəm və yaxın zamanda orada işləməyə başlayacağam. Tələbəlik dövründə bir çox kurs və proqramlarda iştirak edərək öz bilik və bacarıqlarımı inkişaf etdirməyə çalışmışam. Gələcək hədəfim süni intellekt sahəsində ixtisaslaşmaq, xaricdə təhsil alaraq ölkəmizin gənclərinin inkişafına töhfə verməkdir. ŞQTP mənim bu yolda atacağım ilk addımlarda mənə dəstək olduğu üçün ona dərin təşəkkürümü bildirirəm. Yaxın gələcəkdə bakalavr təhsilimi bitirdikdən sonra süni intellekt üzrə magistr səviyyəsində təhsil almağı, daha sonra isə PhD proqramına qatılaraq həm nəzəri, həm də praktiki biliklərimi artırmağı planlaşdırıram. Öyrəndiklərimi isə başqalarına öyrətmək, təhsilə çıxışı məhdud olan insanlara dəstək olmaq və müxtəlif təqaüd proqramlarında yardım göstərmək üçün istifadə etmək istəyirəm.
Samirə Nurullayeva
Mən Samirə Nurullayeva, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbi bitirmişəm. 2021-ci ildə Bakı Avrasiya Kollecinin orta ixtisas pilləsi üzrə “Sığorta işi” ixtisasına qəbul olmuşam. 2024-cü ildə isə Bakı Biznes Universitetinin “Menecment” ixtisasına bakalavr pilləsi üzrə daxil olmuşam və hal-hazırda 2-ci kurs tələbəsiyəm. Təhsil yolunda və gələcək karyeramda əmin addımlarla …
Mən Samirə Nurullayeva, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbi bitirmişəm. 2021-ci ildə Bakı Avrasiya Kollecinin orta ixtisas pilləsi üzrə “Sığorta işi” ixtisasına qəbul olmuşam. 2024-cü ildə isə Bakı Biznes Universitetinin “Menecment” ixtisasına bakalavr pilləsi üzrə daxil olmuşam və hal-hazırda 2-ci kurs tələbəsiyəm. Təhsil yolunda və gələcək karyeramda əmin addımlarla irəliləmək istəyən xanımlara dəstək məqsədli təşəbbüsünüz üçün dərin minnətdarlığımı bildirirəm. Gələcək məqsədim ixtisasım üzrə peşəkar kadr olmaq, sahəmdə uğurlu addımlar atmaq və iş həyatında faydalı bir şəxs kimi fəaliyyət göstərməkdir. Hal-hazırda bir neçə təcrübə proqramında iştirak edir, dil biliklərimi artırmaq və iş mühitində tələb olunan bacarıqları əldə etmək üçün çalışıram.
Gültəkin Baxışova
Mən Gültəkin Baxışova. hazırda Sumqayıt Dövlət Universitetində Korreksiyaedici təlim (loqopediya) ixtisası üzrə III kurs tələbəsiyəm. Mən sakit təbiətli görünə bilərəm, amma əslində məqsədimə çatmaq üçün səbirli və iradəli bir insanam. Səbir mənim ən sevdiyim xüsusiyyətlərimdəndir, çünki o, düzgün qərarlar verməyə və həyatda hər addımı düşünərək irəliləməyə kömək edir. Uşaqlıqdan xəyalım …
Mən Gültəkin Baxışova. hazırda Sumqayıt Dövlət Universitetində Korreksiyaedici təlim (loqopediya) ixtisası üzrə III kurs tələbəsiyəm. Mən sakit təbiətli görünə bilərəm, amma əslində məqsədimə çatmaq üçün səbirli və iradəli bir insanam. Səbir mənim ən sevdiyim xüsusiyyətlərimdəndir, çünki o, düzgün qərarlar verməyə və həyatda hər addımı düşünərək irəliləməyə kömək edir. Uşaqlıqdan xəyalım sağlamlıq imkanları məhdud uşaqlara yardım etmək olub. Kiçik yaşlarımdan onların həyatına, müalicə prosesinə və onlara necə dəstək ola biləcəyimizə maraq göstərmişəm. Bu marağım məni bu sahəyə yönəltdi və indi sevdiyim ixtisas üzrə təhsil alıram. Gələcəkdə məqsədim yalnız peşəkar loqoped olmaq deyil, eyni zamanda cəmiyyətə faydalı bir insan kimi fəaliyyət göstərməkdir. Ailəmə dəstək olmaq, onların mənimlə qürur duymasını görmək mənim üçün böyük önəm daşıyır. Bilirəm ki, bu yol asan olmayacaq, amma çətinliklər məni daha güclü edəcək. İnanıram ki, həqiqi uğur yalnız öz həyatımızı qurmaq deyil, başqalarının həyatına da işıq salmaqdır və mən bütün gücümü buna sərf edəcəyəm.