Son müraciət tarixi: 8 iyun, 2026

Şəhla Qarayeva Təqaüd Proqramına Müraciət

Müraciət et

Proqram haqqında

Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP) Azərbaycandan olan aztəminatlı (məhdud imkanlı) və təhsilə çıxışı məhdud olan qadınların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb. ŞQTP həyatını təhsilə həsr etmiş, məşhur pedaqoq və tələbələrin dostu olmuş Şəhla Qarayevanın (1962–2018) adını daşıyır. ŞQTP haqqında daha ətraflı məlumat üçün Haqqımızda səhifəsinə daxil ola bilərsiniz.

Uyğunluq tələbləri

ŞQTP-na müraciət üçün uyğunluq tələbləri aşağıdakılardır:

  1. azərbaycanlı və ya Azərbaycan vətəndaşı olmaq;
  2. məhdud imkanlı və ya aztəminatlı ailədən olan qadın olmaq (məs., Qarabağ müharibəsindən zərər çəkmiş ailələr, az gəlirli ailələr, tək-valideynli ailələr, ucqar ərazilərin sakinləri, sağlamlıq imkanları məhdud olan və s.);
  3. Azərbaycanda hər hansı bir təhsil müəssisəsində abituriyent və ya tələbə olmaq; ali təhsil və ya orta ixtisas təhsili səviyyəsində xərclərin qarşılanması üçün ehtiyacın olması.
Qeyd: Hal-hazırda yuxarı sinifdə oxuyan abituriyent şagirdlər də təqaüd proqramına müraciət edə bilərlər.

Seçim prosesi

Qaliblər ianə kampaniyasının sonunda yaradılacaq komitə və ŞQTP komandası tərəfindən seçiləcək. Ərizələr həm ehtiyac, həm də göstərilən motivasiya (təhsil məqsədləri, gələcək karyera planları) baxımından qiymətləndirilir.

Seçim prosesi üç mərhələlidir:

  1. Ərizə formalarının qəbulu və ərizələrə ilkin baxış;
  2. İanəçilər tərəfindən ərizələrin qiymətləndirilməsi;
  3. Üz-üzə, onlayn video zəng və ya telefon müsahibələri.

Seçimlərdən sonra təyin olunan $800 məbləğində təqaüd qalib təqaüdçünün təhsil xərclərinin qarşılanması üçün (birbaşa təhsil müəssisəsinə ödənilərək) istifadə olunacaq.

Son müraciət tarixi: 8 iyun, 2026

Müraciət et

Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız Bir qıza təhsil verməklə isə təhsilli bir ailə…

Hacı Zeynalabdin Tağıyev

PARTNYORLARIMIZ