ŞQTP Layihə Komandası

ŞQTP dünyanın müxtəlif yerlərində yaşayan bir qrup könüllü tərəfindən reallaşdırırlır. Komandamız həmişə işimizi daha da yaxşı görmək üçün yeni fikirlər, təkliflər, eləcə də töhfələrə açıqdır.

Şəhla müəllimənin məsləhətləri və mentorluğu olmadan eləcə də təhsilimə yol açan çoxsaylı təqaüdlərsiz bu gün olduğum yerə gələ bilməzdim. Kolumbiya Universitetində Beynəlxalq və Komparativ Təhsil proqramında doktorantura tələbəsi olaraq apardığım tədqiqatlarla post-Sovet ölkələrində ali təhsilə çatımlılığı öyrənməyə çalışıram. Bundan əvvəlki tədqiqat işlərimdə Azərbaycanda təhsil sahəsində xeyriyyəçiliyi araşdırmışam. Vətəndaş cəmiyyətində işlədiyim və debat üzrə dərs dediyim dövrdə qazandığım təcrübələrə əsaslanaraq, ŞQTP-nı azərbaycanlı qızları öz təhsil arzularını gerçəkləşdirməkdə dəstəkləməyin ən effektiv aləti olaraq görürəm.

Abbas Abbbasov

Mən, Şəhla Qarayevanı—həyatını təhsilə həsr etmiş və inandıqlarına nail olmaq üçün bütün mümkün maneələri aşa bilmiş xalamı—özümə nümunə olaraq görüb böyümüşəm. Azərbaycan Dillər Universitetində Tərcümə (İspan dili) üzrə bakalavr təhsili, daha sonra isə Siena Universitetindən Qlobal İdarəetmə, Mədəniyyətlərarası Əlaqələr və Sülh prosesinin İdarəetməsi üzrə magistr dərəcəsi almışam. Bunlarla yanaşı, Polşada Lodz Universitetində sosiologiya üzrə bir il mübadilə proqramında iştirak etmişəm. Azərbaycanda QHT-lərlə və müxtəlif beynəlxalq təşkilatlarla 4 ilə yaxın iş təcrübəm var. Mən İtaliyanın Arezzo şəhərində yerləşən Rondine Cittadella della Pace assosiasiyasının təcrübə proqramı məzunuyam. Hazırda Bruno Kessler Fondunda layihə meneceri kimi işləyirəm. Təhsil arzularını gerçəkləşdirməyə çalışan gənc qızlara imkan yaradan və onları dəstəkləyən bir komandanın üzvü olmaqla bir növ xalamın yolunu davam etdirdiyimə görə qürur duyuram.

Aygün Qarayeva

Şəhla Qarayeva ilə şəxsən tanış olmaq imkanım olmasa da, mən onun tələbəsinin həyatına necə bir müsbət təsir göstərdiyinin şahidi olmuşam. Mən təhsil təqaüdlərindən və bu təqaüdlərin öz potensialımı eləcə də gələcəyə olan məqsədlərimi reallaşdırmağa açdığı yollardan geniş şəkildə yararlanmışam. QHT Menecmenti üzrə magistr dərəcəsi almışam və hal-hazırda Massaçusets Universitetində Biznesin İdarəedilməsi sahəsində doktoranturada təhsilimi davam etdirirəm. Şəhla Qarayevanın tələbələrinin həyatına göstərdiyi təsiri azərbaycanlı qızların təhsil məqsədlərinə də genişləndirmək üçün töhfə vermək mənim üçün qürurdur.

Aynur Nəbiyeva

Hazırda Almaniyada Digital Transformasiya və Sahibkarlıq təhsili alıram. Eyni zamanda Digital marketinq mütəxəssiyəm. Tələbələrinin həyatında müsbət rol oynamış Şəhla Qarayeva-nın xatirəsinə həsr olunmuş təhsilə çıxışı məhdud qadınlara dəstəkləyir olan təqaüd proqramının bir hissəsi olmaqdan qürur duyuram. Bəzən başqaları üçün edəcəyimiz kiçik yardımın onların həyatında necə böyük rol oynayacağının fərqində olmuruq. Halbuki, bu, onların həyatında hətta dönüş nöqtəsinə çevrilə bilər, xüsusən də bu yardım birlikdə və sistemli olunarsa. Ona görə də bu layihənin parçası olaraq, daha çox insanın bunun fərqinə varmasına və beləliklə də maddi yardıma ehtiyacı olan insanlar üçün təhsilin əlçatan olmasına çalışıram.

Toğrul Səbzəliyev

Mən sahibkarlıq fəaliyyəti ilə məşğul olub, Azərbaycan, Türkiyə və Ukraynada bir neçə uğurlu biznesin həmtəsisçisiyəm. Hal-hazırda peşəkar təmizlik və gigiyena məhsulları, xidmətlər və bu sahədə təlimlər aparan Azərbaycan və Ukraynanın aparıcı şirkətlərindən olan Horeca Kyiv MMC-nin həmtəsisçi və rəhbəriyəm. Sərmayə qoyduğum şirkətlərin hamısı sosial məsuliyyətlidir, əməkdaşlarına yeni perspektivlər, tələbələrə təqaüdlər və təcrübə proqramları təklif edir. 2013-cü ildə məşhur İdeya Qazandi adlı televiziya verilişinin (5 il ərzində layihə çərçivəsində sərmayə qoymaqla 50-dən çox istedadlı gənc sahibkarın biznes ideyasına dəstək olundu) hazırlanmasının təşəbbüskarı oldum. İlk ali təhsilimi Bakı Dövlət Universitetinin (bakalavr və magistr) Şərqşünaslıq fakültəsində almışam, sonra isə London Ticarət Məktəbində MBA dərəcəsinə yiyələnmişəm.
Təhsil hər kəsin həyatında vacib rol oyanır, amma inanıram ki, qızların təhsil alması daha faydalıdır. Təhsilli qızlar cəmiyyətin inkişafında köklü dəyişiklik edə bilər, iqtisadi azadlıq əldə etməklə daha sabit və davamlı gələcəyin qurulması yolunda verilən qərarlarda birbaşa iştirak edə bilərlər. Bundan əlavə, təhsilli qadın öz ailəsinin və övladların təhsilində daha çox iştirak edir bu da təhsilin təsirini daha miqyaslı edir.

 

Könül Əliyeva

Mən Aqşin Bəkirzadə, Mançestr universitetinin məzunuyam və hal-hazırda Londonda bankçılıq sahəsində çalışıram. Həyatımda müxtəlif vaxtlarda təhsil üçün təqaüd proqramlarından faydalanan biri olaraq deyə bilərəm ki, təhsilin insan həyatında dəyişiklik etmək gücü danılmazdır. Buna görə, Şəhla Qarayeva Təqaüd Proqramı ilə tanış olarkən ilk illərdə sadəcə dəstəkçi olaraq, daha sonra isə mentorluq proqramı vasitəsilə bu gözəl təşəbbüsə dəstək olmağa çalışdım. Son bir neçə ildə isə artıq həm seçim prosesinə həm də ki korporativ ianələrin toplanmasına köməklik edirəm. Mən inanıram ki, Şəhla Qarayeva Təqaüd Proqramı həm maddi dəstək, həm də ki mentorluq proqramı vasitəsilə gənc qızlarımızın həyatında uzunmüddətli dəyişikliklər etməyə nail olacaq və onların həm təhsil, həm də karyera addımlarında yardım etməyə davam etdirəcək

 

Aqşin Bəkirzadə

Mən TED spikeri, uşaq kitabı müəllifi və Krush Dates şirkətinin təsisçisiyəm. Mən 18 yaşımda olanda uzun hazırlıqdan sonra ABŞ Dövlət Departamenti tərəfindən ABŞ-da 1 il təhsil almaq üçün seçilən 16 tələbədən biri olmuşdum. Bu bir illik təhsil mənim həyatımı tamamilə dəyişdi. Daha sonra Uppsala Universitetində magistr təhsilimi aldım, sonra ABŞ-da işlədim, indi isə ailəmıə Nyu Yorkda yaşayıram. Təhsil arzularımı reallaşdırmaq üçün ən qısa yol olub. Odur ki, hər zaman qızların təhsilinə dəstək verməyə, onları təhsil almağa ruhlandırmağa çalışmışam. Gözəl müəllimə Şəhla Qarayevanın xatirəsinə yaranmış bu təqaüd proqramının bir hissəsi olub qızlarımızın oxumasına dəstək verməkdən qürur duyuram.

 

Şəbnəm Alməmmədova Nəcəfov