Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP) Azərbaycandan olan az təminatlı və təhsilə çıxışı məhdud olan qızların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb. Azərbaycanda qızların təhsili ilə bağlı kifayət qədər irəliləmiş hüquqi bazanın olmasına baxmayaraq, qızların təhsilə çıxışında maneələr mövcuddur. BMT İnkişaf Proqramının (2007) hesabatına əsasən, gender stereotipləri, erkən nigah eləcə də qızların cəmiyyətin aparıcı vəzifələrində az təmsil olunması bu maneələrdən sadəcə bir neçə nümunəsidir. Azərbaycanda təhsil imkanlarına gəldikdə, maliyyə çətinlikləri nə qədər ümumi bir problem olsa da, qızlar daha çox fiziki və verbal təzyiqə, eləcə də gender stereotipləri səbəbindən erkən nigahlara məruz qala bilərlər.

ŞQTP həyatını təhsilə həsr etmiş, məşhur pedaqoq və təbələrinin dostu olan Dr. Şəhla Qarayevanın (1962-2018) adını daşıyır. Şəhla müəllimə 2018-ci ilin aprel ayında xərçənglə uzun mübarizədən sonra öz həyatını itirdi. Bu proqram vasitəsilə onun tələbələri, yaxınları, eləcə də Şəhla müəlliməni uzaqdan-yaxından tanımış hər bir şəxs onun əziz xatirəsini yad edir və Azərbaycanda güclü qadınlardan ibarət gələcək nəslinin yetişdirilməsinə kömək edir. ŞQTP Kraudfandinq Kampaniyaları nəticəsində toplanılan məbləğ təhsil xərclərinin qarşılanması məqsədilə açıq müsabiqə yolu ilə seçilmiş qız tələbələrə təltif olunacaq.

Kraudfandinq kampaniyaları

2024
2024 Campaign
2023
2023 Campaign
2020-2021

Kampaniya məlumatları

2019-2020

Kampaniya məlumatları

Daha ətraflı məlumat üçün:

ŞQTP startsomegood.com platformasında

108+

Təqaüdçü dəstəkləndi

2018-ci ildən etibarən

20+

Mentor

Gənc qadınlara dəstək

200+

Dəstəkçi

İanəçilər və könüllülər

Dəstək Olmaq İstəyirsiniz?

Hər ianə qızların gələcəyinə investisiyadır!

İanə Et Əlaqə Saxla

"Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız Bir qıza təhsil verməklə isə təhsilli bir ailə…"

Hacı Zeynalabdin Tağıyev

PARTNYORLARIMIZ